MAR humanitar fəlakətə doğru gedir

MAR humanitar fəlakətə doğru gedir

YUNİSEF xəbərdarlıq edir ki, keçənilki dövlət çevrilişindən sonra zorakılığın hökm sürdüyü Mərkəzi Afrika Respublikası humanitar fəlakətə doğru gedir.

YUNİSEF-in MAR-dakı nümayəndəsi Süleyman Diabate deyib ki, düşərgələrdə əhalinin sıxlığı, suyun və sanitariyanın keyfiyyətinin aşağı olması uşaqlar üçün ölüm təhlükəsi yaradır.

BMT-nin Uşaq Fondu qızılca xəstəliyinə tutulma halları barədə də məlumat vermişdir.

Ölkənin paytaxtı Bangi şəhərinin aeroportunda təqribən 100 min məcburi köçkün sığınacaq axtarır: ölkədə xristian və müsəlman özünümüdafiə qoşunları arasında toqquşmalar davam edir.

Afrika ölkələrinin liderləri Mərkəzi Afrika Respublikasındakı böhranı müzakirə etmək üçün cümə axşamı Çadda görüşməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə