BMT-nin Baş katibi Suriya üzrə donor ölkələrin konfransında iştirak edəcək

BMT-nin Baş katibi Suriya üzrə donor ölkələrin konfransında iştirak edəcək

BMT-nin Baş katibi Pan Gi Mun yanvarın 15-də Suriya üzrə donor ölkələrin Küveytdə keçiriləcək konfransında iştirak edəcək. SİA RİA Novosti agentliyinə istinadən bu barədə BMT rəsmisi Fərxan Hak məlumat verib.

Suriya donor ölkələrin ikinci beynəlxalq konfransında iştirak etmək üçün təxminən 60 dövlət dəvət olunub. Təşkilatçılar bir günlük tədbirin gedişində suriyalı qaçqınlar və ölkə daxilində köçkün şəxslərə yardım üçün 6.5 milyard dollar toplamağa çalışacaqlar.

BMT-nin məlumatına görə, 2014-cü ildə təşkilata qaçqınlar və köçürülmüş şəxslərə təcili yardım göstərilməsi üçün 8 milyard dollar məbləğində pul vəsaiti tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə