Misirin sabiq prezidenti Məhəmməd Mürsinin və "Müsəlman qardaşlar" təşkilatının liderləri barəsində nümayişçiləri qətlə yetirməyə sövq etmək haqda iş üzrə məhkəmə prosesi təxirə salınıb.
Məhkəmə iclası fevralın 1-ə keçirməyə məcbur olub, çünki əlverişsiz hava şəraiti ilə əlaqədar əsas şübhəli şəxsi məhkəmə iclasına çatdırmalı olan helikopter İsgəndəriyyə yaxınlığında yerləşən Bürc əl-Ərəb həbsxanasından havaya qalxa bilməyib.
Qeyd etmək lazımdır ki, Misir prezidentinin "Əl-İttihadiyyə" sarayının yaxınlığında insanların həlak olması barədə cinayət işi üzrə dinləmələr 2013-cü il noyabrın 4-də başlanıb. Birinci iclasdan sonra bu iş üzrə əlavə materialların öyrənilməsi üçün iki aylıq fasilə elan edilib, Məhəmməd Mürsi isə İsgəndəriyyə yaxınlığındakı Bürc əl-Ərəb həbsxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB