"Türksat 4А" peyki Türkiyəyə təhvil verildi FOTO

"Türksat 4А" peyki Türkiyəyə təhvil verildi FOTO

Türk və yapon mühəndislərinin birgə istehsal etdikləri "Türksat 4А" peyki təntənəli mərasimdə Türkiyəyə təhvil verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mərasimdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və energetika və təbii sərvətlər naziri Taner Yıldız iştirak ediblər. Tədbirdə qeyd edilib ki, peyk bu il fevralın 15-də orbitə buraxılacaq. Peyk Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən yaradılıb.

Qeyd edək ki, Türkiyənin ilk "RASAT" kəşfiyyat peyki 2011-ci ildə buraxılıb. 2016-cı ildə "Türksat 5A" peykinin istismara veriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə