Kanada paytaxtında dünyada ən böyük və ən uzun buz meydançası açılıb. Bu obyekt həm də bəşəriyyətin sərvəti sayılır.
Parlament təpəsi yaxınlığında yerləşən Rido kanalının 7,8 kilometr uzunluğunda hissəsi konki sürmək həvəskarlarının ixtiyarına verilib.
Bəzi yerlərdə eni 70 metrə çatan buz meydançasında qış mövsümündə 38 gün ərzində 835 min nəfər, yəni təxminən Ottavanın əhalisi qədər insan olub.
Ontario gölü sahilindəki Kinqston ilə Ottava çayı arasında ümumi uzunluğu 202 kilometr, şlüzlərinin sayı 47 olan 1826-1832-ci illərdə tikilmiş bu kanal Böyük Göllər və Monreal arasındakı əraziyə ABŞ tərəfindən hücum ediləcəyi təqdirdə su təchizatını təmin etmək üçün nəzərdə tutulub.
Kanalın tikintisində çalışan 7 minə yaxın işçinin əksəriyyəti İrlandiya və Fransadan olan immiqrantlar idi.
2007-ci ildə Şimali Amerikada Avropa texniki həllərinin genişmiqyaslı tətbiqinin nəticəsi olan Rido kanalına UNESCO-nun tarixi obyekti statusu verilib.
Ümumi sahəsi 165,6 kvadrat kilometr olan bu kanal dünyada ən böyük açıq buz meydançası kimi Ginnesin rekordlar kitabına daxil edilib.
Kanal üzərində buz meydançası CNN telekanalının versiyası üzrə dünyada beş ən gözəl buz meydançasının siyahısına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB