BMT Suriya münaqişəsinin qurbanları haqqında məlumat verməyəcək

BMT Suriya münaqişəsinin qurbanları haqqında məlumat verməyəcək

Birləşmiş Millətlər Təşkilatı Suriya münaqişəsinin qurbanları haqqında informasiyanın təzələnməsini dayandırır. Bu haqda BMT-nin insan hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Rupert Colville təşkilatın Cenevrə ofisində keçirdiyi mətbuat konfransında məlumat verib.

Bu qərarın BMT nümayəndələrinin hərbi əməliyyatların getdiyi bir sıra yerlərə baş çəkə bilməməsi, müxtəlif mənbələrdən alınan məlumatların dəqiqləşdirilməsinin mümkün olmaması səbəbindən qəbul edildiyi bildirilir.

"Hazırda biz bu məlumatları təzələmirik", - deyə Ali Komissarlığın nümayəndəsi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə