“Fələstinin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri partlayış nətiəsində həyatını itirib”
Fələstinin Çexiyadakı səfiri yaşadığı evdə partlayış nəticəsində həyatını itirib. Bu haqda SİA Çexiyanın rəsmi saytına istinadən xəbər verib. Partlayış Çexiyanın paytaxtı Praqa şəhərinin elit məhəlləsində olan səfirin yaşadığı mənzildə baş verib.
Məlumatda bildirilir ki, səfirin evi yerləşən məhəllədə həmçinin xarici səfirliklər də yerləşir. Səfirin mənzili partladılan zaman mənzildə səfirin və ailə üzvlərinin olduğu bildirilir.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB