İranın ali dini rəhbəri Ayatullah Əli Xamneyi yad kişi və qadınların internet vasitəsilə söhbətini qadağan edən xüsusi dini fərman imzalayıb. SİA-nın məlumatına görə, bu barədə əl-Ərəbiə kanalı məlumat yayıb.
Kənar qadın və kişilərin internet vasitəsilə söhbətini əxlaqsızlıq adlandıran Xamneyi bununla bağlı öz saytında da bəyanatla çıxış edib.
Qeyd edək ki, müvafiq dini qanun İran hakimiyyəti tərəfindən sosial şəbəkələri dəstəkləyən smartfonların bloklanmasından bir neçə gün sonra qəbul edilib.
Xatırladaq ki, İran prezidenti Həsən Runahinin və İranın digər hökumət üzvlərinin Facebook və Twetter səhifələri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB