Yaponiyada 356 nəfərdən çox insan dondurulmuş məhsullardan zəhərlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zərəçəkənlərdə ürəkbulanma və diareya qeydə alınıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, zərəçəkənlərin hamısı son günlər eyni firmaya məxsus yarımhasil məhsul qəbul ediblər.
Alıcılar məhsullardan yanacaq və maşın yağı qoxusu gəldiyi barədə şikayətçi olduqları üçün istehsalçı 2013-cü ilin dekabrın sonunda 6.4 milyon qida paketini geri qaytarıb. Şirkət bu barədə araşdırma aparıb və məlum olub ki, şübhəli məhsulların hamısı "Qumma" zavodunda istehsal olunub. Geri qaytarılan 90 növ məhsulların içərisində pizza, "gedza" adlı çin düşbərəsi və digərlər məhsullar alıb.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, qida məhsulların tərkibinə qəsdnən zəhərləyici maddələrin atıldığı istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB