Cənubi Koreyadan Şimali Koreyaya təklif var

Cənubi Koreyadan Şimali Koreyaya təklif var

Cənubi Koreya Respublikasının prezidenti Pan Kın Xe Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) rəhbərliyinə təklif edib. Seulun baş rəsmisinin sözlərinə görə, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsi zamanı bir-birlərindən ayrı düşmüş ailələr hər iki dövlət tərəfindən görüşdürülə bilər. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti görüşün baş tutması tarixini də açıqlayıb və görüş çərçivəsində KXDR-ə hümanitar yardımın ediləcəyini də söz verib: "Görüş bu ilin yanvarında baş tuta bilər. Əgər bu baş verərsə, Seul Pxenyana humanitar yardım ayıracağını da vəd edir."

Prezident həmçinin bəyan edib ki, o, Şimali Koreyanın lideri Kim Çen Inla görüş keçirməyə də hazırdır: "Rəsmi Seul Pxenyanla iki ölkə arasındakı əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq humanitar sahədə və daha geniş spektrda yarana bilər: "Ümid edirəm ki, müharibə zamanı ayrı düşmüş ailələrin yaşlı üzvləri son anda bir-birlərini görmək sevincini yaşayacaqlar. Bu görüş onların ruhi əzablarına məlhəm ola bilər".

Pan Kın Xe Koreya yarımdasasındakı vəziyyəti şərh edərkən bildirib ki, hazırkı durum öncəkilərdən daha təhlikəlidir. Belə ki, KXDR-in ikinci şəxsi Çan Son Txekin edam olunması Seulla Pxenyanın ümumi rzaılığa gəlməsində ciddi problem yaradır: "Eyni zamanda hər iki Koreya birləşməli və Şimalın nüvə proqramları ləğv olunmalıdır"-deyə Cəbuni Koreyanın prezidenti Pan Kın Xe bəyan edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə