ABŞ-da qeyri-sabit hava ilə əlaqədar minlərlə uçuş təxirə salınıb

ABŞ-da qeyri-sabit hava ilə əlaqədar minlərlə uçuş təxirə salınıb

ABŞ-ın bəzi ştatlarında son 20 il ərzində ən aşağı temperatur gözlənilir.

SİA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, qeyri-sabit hava ilə əlaqədar artıq minlərlə uçuş təxirə salınıb.

ABŞ-ın Milli meteorologiya xidməti ölkənin Mərkəzi və Şərq ərazilərində mənfi temperatur rekordlarının qeyd olunacağını proqnozlaşdırır.

Xüsusən, Orta Qərb və Ohayo ştatında gündəlik maksimal temperaturun 18 dərəcə şaxta, ayrı-ayrı dağlıq ərazilərdə 30-45 şaxta olacaq.

Ötən gün ABŞ-da 3 000 yaxın, son dörd gün ərzində isə 9 000 uçuş təxirə salınıb.

Qeyri-sabit havanın ən azı yanvarın 8 qədər davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə