Rumıniyanın sabiq Baş naziri 4 illik həbs cəzasına məhkum edilib

Rumıniyanın sabiq Baş naziri 4 illik həbs cəzasına məhkum edilib

Rumıniyanın Ali Kasasiya məhkəməsi ölkənin sabiq Baş naziri Adrian Nestaseni korrupsiya əməli və şantaj ittihamı ilə 4 illik həbs cəzasına məhkum edib.

А.Nestase Çindən ixrac edilmiş qiyməti 630 min avroya yaxın malı qanunsuz olaraq mənimsəməkdə günahlandırılıb.

Bundan başqa, A.Nestase istintaqda ona qarşı şahid qismində çıxış etmiş Rumıniyanın Honkonqdakı konsulunu təhdid etməkdə ittiham olunub.

2013-cü ildə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılan A.Nestase yenidən həbsxanaya qayıtmaq məcburiyyətindədir.

A.Nestase 2001-2004-cü illərdə Rumıniya hökumətinə rəhbərlik edib. 2006-cı ildə parlamentin spikeri və Sosial-Demokrat partiyasının sədri postlarını tərk etməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə