Suriyanın şimalında "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatının beş üzvü girov götürülüb. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. İnsident Latakiya bölgəsində qeydə alınıb. Məlumata görə, müxalifət silahlıları təşkilat üzvlərini sorğulamaq üçün həftənin cümə axçamı günü naməlum istiqamətə aparsalar da onlardan hələ də heç bir xəbər yoxdur.
Eyni zamanda ehtimal olunur ki, "Sərhədsiz həkimlər" təşkilatının üzvlərini müxalifət daxilindəki qarşı duran qruplaşmalar girov götürüb. Belə ki, "İraq və Levanta İslam Dövləti" qruplaşması ilə "Azad Suriya Ordusu" arasında davam edən münaqişədə bu kimi hallar ilk dəfədir ki, baş vermir. Məlumatda o da qeyd edilir ki, "Azad Suriya Ordusu"nnun təşəbbüsü ilə "Sərhədsiz həkimlər" təşkilatı ölkə ərazisində 27 xəstəxanaya və 56 səhra hospitalına yardım göstərir. "İraq və Levanta İslam Dövləti" qruplaşması isə buna qarşı çıxır.
Artıq girov götürülən həkimlərin Belçikadan, İsveçrədən, İsveçdən, Danimarkadan və Perudan olduqları müəyyənləşdirilib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB