Qəzza İsraili vurdu

Ötən gecə Qəzzadan İstaril torpaqlarına 3 raket mərmisi atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb. Atılan raketlər havada "Dəmir Qübbə" müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Məlumata əsasən, bu cari ildə Qəzzadan İsrail torpaqlarına edilən ilk hücumdur. Ötən il isə bu kimi hücumların sayı 36 olaraq qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə