İsrail "ARROW-3" havadan müdafiə raketinin sınağını keçirib

İsrail "ARROW-3" havadan müdafiə raketinin sınağını keçirib

İsrail ikinci dəfə modernləşdirilmiş "ARROW-3" havadan müdafiə raketinin sınağını keçirib. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi növbəti hesabatında məlumat yayıb.

"ABŞ-la əməkdaşlıq çərçivəsində bu raket kompleksinin ikinci çox uğurlu sınağı oldu" - deyə hesabatda qeyd edilib.

Modernləşdirilmiş "ARROW-3" raket kompleksi gələn il İsrailin ordusunda yer alacaq.

Qeyd edək ki, raket kompleksi İsrailə potensial təhlükə yarada biləcək Suriya və İranın hava hücumlarından müdafiəsi üçün yaradılıb. Raketin hazırlanmasında ABŞ mütəxəssisləri yaxından iştirak ediblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə