Terror aktı nəticəsində 4 nəfər həlak olub

Terror aktı nəticəsində 4 nəfər həlak olub

Livanın paytaxtı Beyrutun cənubunda, əhalinin sıx yaşadığı Dahya məhəlləsində güclü partlayış baş verib. Ən azı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

Dahya məhəlləsinin əhalisinin əksəriyyəti Hizbullah radikal şiə hərəkatının tərəfdarlarıdır. Bu qruplaşmanın qərargahları həmin məhəllədə cəmləşir. Partlayıcı yüklənmiş avtomobil Hizbullah siyasi şurasının binası yaxınlığında partladılıb. Terror aktı nəticəsində şiə siyasətçilərindən yaxud parlament deputatlarından heç biri xəsarət almayıb.

Hadisə yerində yanğın söndürənlər, polis və təcili yardım briqadaları işləyir.

Bəzi ekspertlərin fikrincə Livanda terror müharibəsi qızışır. Belə ki, ötən həftə Beyrutda törədilən partlayış nəticəsində Livanın keçmiş maliyyə naziri, baş nazirin müşaviri Məhəmməd Şaddah və onunla birlikdə 5 nəfər həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə