Ebru Gündeş sorğuya çəkildi

Müğənni Ebru Gündeş və böyük qardaşı müğənni Cengiz Kumartaşlıoğlu ilə birgə ifadə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həyat yoldaşı Rza Zərrabın həbs olunduğu korrupsiya və rüşvət istintaqı çərçivəsində ifadə verən müğənni və qardaşı yeni ili istintaq verdikdən sonra qarşılayıblar.

İstintaq zamanı Ebru Gündeşə və onun qardaşı Rza Zərrabla aralarındakı telefon danışıqları ilə bağlı sualları cavablandırıblar.

Qeyd edək ki, müğənni Ebru Gündeş həyat yoldaşının həbsi ilə əlaqədar bütün proqramlarını təxirə salıb.O hər gün həbsxanaya gələrək həyat yoldaşına baş çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə