Yeni ilin ilk zəlzələsi

İranda ötən ilin yayından faəllaşan zəlzələ yeni ildə də özünü göstərdi. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün yeni ilin ilk zəlzələsi İranın Hörmuzqan əyalətinin Kuxard şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,5 və 4,3 bal gücündə baş verib. Nəticədə 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 06:43 dəqiqədə baş verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə