Türkiyədə həbs edilən iş adamı Rza Zərrabın şəriki İranda saxlanılıb

Türkiyədə həbs edilən iş adamı Rza Zərrabın şəriki Babək Zəncani İranda saxlanılıb.

SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, İran Ədliyyə Nazirliyindən faktı təsdiqləyiblər.

İranın "Fars" xəbər agentliyi də B.Zəncaninin saxlandığı barədə məlumat yayıb.

B.Zəncaninin Türkiyədə korrupsiya qalmaqalında adı hallanaraq həbs edilən iş adamı R.Zərrabın ortağı olduğu iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə