Ukrayna prezidenti əleyhdarlarını əfv etdi

Ukrayna prezidenti əleyhdarlarını əfv etdi

Ukrayna prezidenti Viktor Yanukoviçin Kiyevdə hökumət əleyhinə keçirilmiş nümayişlərdə həbs olunan bütün aktivləri bağışladığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dövlət başçısının 20 dekabr tarixində təsdiqlədiyi qanun qısa müddət ərzində qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qanun Ukrayna Parlamentinin 19 dekabrda baş tutan iclası zamanı 339 deputatın səs çoxluğu ilə qəbul edilib.

Qanunda 21 noyabrdan bu yana reallaşan nümayişlərdə həbs olunan hər kəsin azad edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə