15 min 400 nəfər terrorun qurbanı olub

15 min 400 nəfər terrorun qurbanı olub

Ötən il dünyada 8400 terror aktı qeydə alınıb və 15 min 400 nəfər terrorun qurbanı olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, terror aktları ən çox Pakistan, İraq və Əfqanıstanda törədilib. Hindistan, Nigeriya, Somali, Yəmən, Tailand və digər ölkələr isə vaxtaşırı terrora məruz qalıb.

Bu ölkələrlə müqayisədə Avropada terror aktlarının səviyyəsi xeyli aşağıdır. Ötən il Avropa ölkələri arasında Fransa və Şimali İrlandiya daha çox terror aktlarına məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə