Britaniyanın xüsusi xidmət orqanları Avropa Komissiyasının üzvü Xoakin Almunini, beynəlxalq təşkilatların təmsilçilərini, Fransa şirkətlərini və Almaniya nazirliklərini izləəyib. SİA İNTERFAX.RU-ya istinadən xəbəbr verir ki, bu barədə ölkənin "The Daily Mirror" qəzetinin saytları və Almaniyanın "Der Spieqel" jurnalı yazıb.
KİV-lərin yazdıqlarına görə, Britaniya xüsusi xidməti eyni zamanda Danimarkanın BMT tərəfindən təsis olunmuş YUNİSEF fondunu, Fransanın neft və qaz şirkəti olan "Total"ı, beynəlxalq sənaye qrupu olan "Thales Group"u, "Sülh həkimləri" humanitar təşkilatını və daha bir neçə diplomatları izləyərək məlumatlar toplayıb.
Lakin bütün bunlarla yanaşı, britaniyalılar İsrailin keçmiş müdafiə naziri Ehud Barakın elektron məlumatlarını da izləyib.
KİV-lər əldə etdikləri məxfi materialları amerikalı informator Edvard Snoudendən əldə etdiklərini qeyd ediblər.
"The Daily Mirror" qəzetinin saytları və Almaniyanın "Der Spieqel" jurnalının yazdıqlarına görə, izlənmə əməliyyatı 2008-2011-illər ərzində keçirilib. Həmin vaxtlar Almuniya Avropa Komissiyasının iqtisadiyyat və maliyyə siyasətinin üzvü olub.
"Snouden tərəfindən ötürülən informasiyalarda yüzlərlə telefon nömrələri və elekktron poçt ünvanları mövcuddur"-deyə adıçəkilən nəşrlər yazır.
Bu arada Avropa Komissiyasının rəsmisi Pia Arenkilde bəyan edib ki, Britaniya xüsusi xidmətinin bu kimi davranışları kəskin şəkildə qınanılmalıdır. Onun özlərinə görə, Avropa Komissiyası bu məsələni "ABŞ və Böyük Brtitaniya hökuməti ilə aydınlaşdırmaq qərarını verib.
Qeyd edək ki, informator Snouden bir müddət öncə Britaniya xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkelin telefon danışıqlarını izlədiyini faktlarla əsaslandırmışdı. O, eyni zamanda 35 ölkə rəhbərlərinin də telefon danışıqlarının izlənildiyini sübut edən informasiyalarla dünya gündəmini zəbt edə bilmişdi.
Snouden hazırda Rusiya hökumətindən bir il müddəyinə sığınacaq alaraq, bu ölkədə yaşayır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB