BMT-nin helikopteri və ABŞ hərbi təyyarələri atəşə tutulub

BMT-nin helikopteri və ABŞ hərbi təyyarələri atəşə tutulub

Cənubi Sudan üsyançıları mülki vətəndaşları və amerikalıları təxliyyə etmək üçün Conqley ştanına eniş edən iki hərbi helokopteri atəşə tutublar. SİA İTAR TASS-a istinadən məlumat verir ki, bu barədə BMT-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kiran Duayer bildirib. BMT təmsilçisi qeyd edib ki, hadisə nəticəsində yaralanan və ölən yoxdur.

Bu arada BMT insidenti araşdırdıqdan sonra dünya ictimaiyyətinə daha ətraflı məlumat veriləcəyini bəyan edib.

Qeyd edək ki, bu hadisə ilə yanaşı, şənbə günü daha bir insident baş verib. Ölkənin Bor şəhərində ABŞ-a məxsus üç hərbi təyyarə silahlı üsyançılar tərəfindən güclü atəşə tutulub. ABŞ-ın Afrika hərbi komandanlığının məlumatına görə, hər üç təyyarə ciddi xəsarət alıb və nəticədə dörd amerikalı hərbçi yaralanıb. Əməliyyat isə başa çatdırılmayıb.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri də Cənubi Sudana ABŞ xüsusi təyinatlılarının göndəriləcəyini bəyan etmişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə