ABŞ xüsusi nümayəndəsini Cənubi Sudana göndərir

ABŞ xüsusi nümayəndəsini Cənubi Sudana göndərir
Cənubi Sudanda dekabrın 16-dan başlayan silahlı qarşıdurmalar nəticəsində ən azı 500 nəfərin öldüyü bildirilir. SİA "RİA-Novosti"yə istinadən xəbər verir ki, hökumət baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirir.

Bu arada ABŞ-ın Sudan və Cənubi Sudan üzrə xüsusi nümayəndəsi Donald Butun qaynar nöqtəyə səfər edəcəyi bildirilib. Bu barədə ABŞ-ın dövlət katibi Con Kerri məlumat verib. Artıq Cənubi Sudanda olan ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün 45 xüsusi təyinatlı bu ölkəyə ezam olunub.

"Cənubi Sudan liderləri hərbi birləşmələri öz nəzarətləri altına almalı və dərhal mülki vətəndaşlara qarşı yönəlmiş hücumları dayandırmalıdırlar. Onlar etnik və siyasi qruplaşmalar arasında baş verən qarıdurmaların qarşısını almalıdırlar. Güc tətbiri dayanmalı, intensiv dialoqa start verilməlidir. Bu prosesi həyata keçirmək üçün biz Sudan və Cənubi Sudan üzrə xüsusi nümayəndə Donald Butdan Cənubi Sudana getməyi və hadisələri yerindəcə araşşdırmağı xahiş etmişik" - deyə Kerri bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB