Bələdiyyə sədri və ailəsi öldürüldü

Bələdiyyə sədri və ailəsi öldürüldü

Filippinin Manila hava limanında təşkil edilən silahlı hücum nəticəsində ölkənin cənubunda yerləşən Labanganın Bələdiyyə sədri Ukol Talumpa və həyat yoldaşı da daxil olmaqla 4 nəfər həyatını itirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı Manila Beynəlxalq Hava Limanının baş direktoru Jose Angel Honrado açıqlama verib.

Açıqlamada hücum zamanı təcavüzkarların sözügedən şəxsləri terminal binasından çıxarkən hədəfə aldığı, motosikletlə anidən yanlarından ötərək atəş açdıqları bildirilir.

Hadisə nəticəsində ölənlərdən birinin 18 aylıq körpə olduğu, daha 4 nəfərin isə ağır şəkildə xəsarət aldığı deyilir.

Təcavüzkarların qaçdığını qeyd edən səlahiyyətlinin sözlərinə görə, hadisənin birbaşa bələdiyyə sədri ilə əlaqədar olub olmadığı barədə dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə