Londonda Apollo Teatrının tavanının bir hissəsinin çökməsi nəticəsində 7 nəfər ağır yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zərər çəkənlərdən 76 nəfərinin vəziyyəti qənaətbəxş olduğundan onlar hadisə yerində müayinə edilib. 56 nəfər isə xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar İngiltərənin baş naziri David Cameron açıqlama verib: "Hadisə ilə əlaqədar davamlı olaraq məlumat əldə etməyə çalışıram. Təcili yardım xidmətinin hadisəyə dərhal müdaxilə etdiyi və insanların həyatını xilas etdiyi üçün onlara öz dərin təşəkkürümü bildirirəm. Onların bir neçə dəqiqə belə gecikməsi çox sayda insanın həyatını itirməsinə səbəb olardı".
Hadisə baş verən zaman teatrında " Curious Incident Of The Dog in the Night- time " tamaşasının oynanılırmış. Həmin an teatrda təxminən 720 nəfərin olub.
Qeyd edək ki, sözügedən teatr 1901-ci ildə inşa edilib. Onun ümumi tutumu 775 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB