Suriyanın dövlət başçısı Bəşər Əsədə ən yaxın müttəfiqi olan Rusiyadan xəbərdarlıq ismarıcı gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsmi Moskva Əsədin yenidən prezidentliyə namizəd olacağı istiqamətindəki şərhlərini tənqid edərək, ona "çox danışma" mesajını ünvanlayıb.
Mövzu ilə əlaqədar açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Boqdanov 22 yanvarda İsveçrənin Montrö şəhərində Suriya ilə bağlı keçiriləcək zirvə görüşünə də toxunub: "Konfransın yaxınlaşdığı bu günlərdə heç bir təxribatın baş tutmasına imkan verməməliyik. Səslənən ritorik ifadələr mövcud olan atmosferə təsir edə bilər. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, biz ABŞ-lı ortaqlarımız və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əl-Əhdar Əl-Brahimi ilə birlikdə öncədən Cenevrədə olacağıq və konfransa hazırlıq işlərinə özümüz şəxsən nəzarət edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB