Terror aktları nəticəsində 40 nəfər olüb

Terror aktları nəticəsində 40 nəfər olüb

Bağdadın əd-Durə rayonunda keçirilən məhərrəmlik mərasimində terrorçu-kamikadze şiələrə hücum edib və nəticədə 20 nəfər həlak olub. SİA-nın məlumatına görə, həmçinin Bağdadın cənub-qərbində bir kamikadzenin Kərkükdən Kərbəlaya gedən türkmən şiələrinin arasında özünü partlatması nəticəsində doqquz nəfər həyatını itirib.

Paytaxtın əl-Lətifiyyə bölgəsində isə daha bir kamikadze 11 nəfərin həyatına son qoyub. Bu terror aktında onlarla insan yaralanıb.

Bildirək ki, cari ayın 25-i İmam Hüseynin (ə) qırxına təsadüf edir. Həmin gün xüsusilə şiə məzhəbindən olan müsəlmanların Kərbəla şəhərinə ziyarəti kütləvi hal alır.

Bütün xəbərlər Facebook səhifəmizdə