Mursi və “Müsəlman qardaşları” casusluqda və terrorçuluqda ittiham edilir

Mursi və “Müsəlman qardaşları” casusluqda və terrorçuluqda ittiham edilir

"Əl-Əhram" qəzeti xəbər verir ki, Misirin baş prokurorluğu devrilmiş prezident Məhəmməd Mursini və "Müsəlman qardaşları" təşkilatının digər liderlərini casusluqda və terrorçuluqda ittiham edərək onlara qarşı yeni cinayət işi başlayıb.

M.Mursi və "Müsəlman qardaşları" assosiasiyasının digər liderləri Misirdə terrorçuluq aktlarının törədilməsi məqsədilə ölkədən kənarda xarici təşkilatlarla əməkdaşlıq etməkdə və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.

Bundan əlavə, onlar Misirin hərbi sirlərini başqa dövlətlərə bəyan etməkdə, "Müsəlman qardaşları" beynəlxalq təşkilatının məqsədlərinə nail olmaq üçün hərbi hazırlıq görməkdə, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəldilmiş fəaliyyət göstərməkdə təqsirləndirilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə