Birləşmiş Millətlər Təşkilatının ( BMT) humanitar yardım təşkilatı növbəti il ediləcək humanitar yardımlar üçün 12,9 milyard dollara ehtiyac duyulduğunu, bu miqdarın yarısının suriyalı qaçqınlar üçün xərclənəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT humanitar yardım təşkilatları bu barədə açıqlamanı BMT-nin Cenevrə ofisində təşkil edilən mətbuat konfransı zamanı veriblər.
Mətbuat konfransında BMT baş katibi Pan Gi Munun İnsani Yardımlar üzrə məsul nümayəndəsi Valerie Amos, BMT Mühacirlər üzrə baş komissarı Antonio Guterres, Uşaqlara Yardım Fondunun (UNICEF) direktor müavini Yoka Brandt və Save the Children Təşkilatının sədri Jasmine Whitbread iştirak edib.
BMT təşkilatlarının humanitar yardım paylanışına görə, suriyalılara 2014-cü ildə 6,5 milyard dollar kömək edilməsi planlaşdırılır. Bu yardımların 2,27 milyard dollarının Suriyanın daxilində yaşayan 9,3 milyon nəfərə, 4,2 milyard dollarının isə digər ölkələrdə sığınan 4,1 milyon suriyalıya xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, BMT təşkilatlarının gəldiyi qənaətə görə, Türkiyəyə üz tutmuş suriyalılara isə növbəti il 522,4 milyon dollar kömək ediləcəyini gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB