Taner Yıldız: "Hakan Şükürün istefası ailə daxili məsələdir"

Taner Yıldız: "Hakan Şükürün istefası ailə daxili məsələdir"

Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız AK Partiyasından namizədliyini irəli sürmüş millət vəkili Hakan Şükürün sözügedən partiyadan istefasını ailədaxili bir məsələ olaraq qiymətləndirib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, TAP layihəsinin inşası ilə əlaqədar son imza mərasiminə qatılmaq üçün ölkəmizə gələn nazir bu fikri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. "Hakan Şükür bizim qardaşımızdır. Məhz onun bizim ailəmizdən biri olduğu üçün bu məsələ ailə arasında həll edilməlidir" - deyə o bildirib.

Qeyd edək ki, AK Partiyasının millət vəkili Hakan Şükür ölkədə mövcud olan "dərsanə"lərin bağlanması ilə əlaqədar etirazını bildirərək, onların şagirdlər üçün Türkiyənin bugünkü təhsil sistemində vacibliyini vurğulayaraq, AK Partiyasından istefa verib. O, istefası zamanı sözügedən partiyadan üzülərək ayrıldığını, bundan sonra bitərəf millət vəkili olaraq siyasi həyatına davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə