Barselonadan Parisə ilk sürət qatarı yola salınıb

Barselonadan Parisə ilk sürət qatarı yola salınıb

Dekabrın 15-dən etibarən İspaniyanın Barselona şəhəri ilə Fransanın paytaxtı Paris arasında sürət qatarı işləməyə başlayıb. İndi bu şəhərlər arasındakı 1036 kilometr məsafəni 6 saat 30 dəqiqəyə qət etmək mümkündür.

İlk vaxtlar SNC F fransız dəmir yolu şirkəti İspaniyanın Kenfe şirkəti ilə birlikdə xəttə hər gün 5 qatar buraxacaq. Noyabrın 28-dən başlayaraq 18 gün ərzində sürət qatarlarına 30 minə yaxın bilet satılıb. Biletin qiyməti 59 avrodan 170 avroyadəkdir.

Məlumatlarda qeyd edilir ki, yüksək sürətli bu dəmir yolu xətti nəzərdə tutulduğundan il yarım gec işə salınıb. Ləngimənin texniki səbəblərlə bağlı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə