ABŞ səfirliyi qarşısında bomba partladılıb

ABŞ səfirliyi qarşısında bomba partladılıb
Bu səhər Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyi qarşısında bomba partladılıb. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, güclü partlayışdan sonra Amerikanın diplomatik nümayəndəliyi ətrafında atışma səsləri eşidilib. İnsidentin şahidlərinin bildirdiklərinə görə, hadisə zərərçəkənlər var və ölənlər haqqında da məlumatlar mövcuddur.

Qeyd edək ki, oktyabrın 11-də də bu kimi hadisə Kabilin aeroport istiqamətindəki şossesində baş verib. Beynəlxalq güclərin aeroporta tərəf istiqamət alan konvoyu qarşısında terrorçu kamikadze idarə etdiyi avtomobilini partladıb. Onun hədəfi Almaniya hərbçiləri olub.

Bu terror aktına görə isə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com