Son min gündə Suriyada 129 min 403 nəfər ölüb HESABAT

Son min gündə Suriyada 129 min 403 nəfər ölüb HESABAT

Suriyada müharibə başlayan gündən etibarən ötən 1000 gün müddətində Əsəd rejiminin müxaliflərə qarşı təşkil etdiyi hücumlarda 102 min 759-u suriyalı olmaqla 129 min 403 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Təşkilatının ( SNHR ) son hesabatında bildirilib. Hesabata əsasən, ölənlərin 12 min 148-i uşaq, 11 min 35-i qadındır. Doqquz yaşlı 3 min 461 uşaq isə təkcə işgəncə nəticəsində həyatını itirib. Hesabatda 9 mini uşaq, 4 min 500-ü qadın olmaqla 215 min insanın Dəməşqdə həbs olunduğu qeyd edilib.

Hadisələrin başladığı 2011-ci ilin mart ayından indiyədək çox sayda xəstəxana, məktəb, məscid və kilsələrin də daxil olduğu 900 mindən çox obyekt yandırılıb. 7500 qadın rejim qüvvələrinin təcavüzünə uğrayıb. Hesabata əsasən, ölkədə baş verən hadisələr səbəbi ilə Suriya daxilində 6 milyon 395 min məcburi köçkün var. Əhalinin 3 milyon 600 mini isə xarici ölkələrə, əsasən də qonşu Türkiyəyə üz tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə