Əlverişsiz hava şəraiti səbəbindən Batumidə uşaq bağçaları fəaliyyətini dayandırıb
Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü qar yağması nəticəsində uşaq bağçalarının elektrik enerjisi ilə təminatında fasilələr yarandığından onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Batumi şəhər uşaq bağçaları birliyi direktorunun vəzifəsini icra edən Nino Mkervalişvili deyib ki, bu qərar uşaqların sağlamlığına təhlükə yaratmamaq məqsədi ilə qəbul olunub. O, qeyri-sabit hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB