PKK terrorçuları 4 türk hərbçini qaçırıblar

PKK terrorçuları 4 türk hərbçini qaçırıblar

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda yolu bağlayan PKK terrorçuları 4 hərbçini qaçırdıblar.

"Sabah" qəzeti məlumat verir ki, hadisə dünən axşam saatlarında baş verib. Avtomobil yolunu bağlayan bir qrup PKK-çı saxladıqları şəxslərin sənədlərini yoxlayıb. Terrorçular saxladıqları avtomobillərdəki 2 çavuş və 2 giziri zərərsizləşdirə biliblər.

Sonra 3 avtomobili yandıran PKK terrorçuları hərbçiləri özləri ilə aparıblar.

Hərbçilərin xilas edilməsi üçün bölgəyə göndərilən jandarm qüvvələri artıq əməliyyata başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə