Fransa və Afrika beynəlxalq ictimaiyyəti qitədə sülhün bərpasını maliyyələşdirməyə çağırıblar
Parisdə keçirilən Afrika ölkələrinin zirvə toplantısında Fransa və Afrika qitədə sülhün bərpasına maliyyə yardımı göstərmələri üçün beynəlxalq ictimaiyyəti səfərbərliyə çağırıblar.
Afrikanın 40-dan artıq ölkəsinin dövlət başçılarının və hökumət rəhbərlərinin iştirak etdiyi sammitin sonunda xüsusi deklarasiya qəbul edilib. Deklarasiyada maliyyə böhranı ilə əlaqədar çətin vəziyyətlə üzləşən qitənin inkişafına nail olmaq məqsədilə donor ölkələrin tezliklə yardım göstərmələrinin zəruriliyi qeyd olunub.
Fransa Sentrafrika və Malidə qanlı çarpışmalara son qoymaq barədə götürdüyü öhdəliyə əməl edərək hər iki ölkədə hərbçilərin sayını 20 min nəfərə çatdırdığını bildirib.
Zirvə toplantısında Afrika ölkələrində iqlim dəyişikliyi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb, qitənin quraqlıq keçən ölkələrinə yardım ayrılmasının vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB