Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi barədə bəyanatı ölkədə böyük etiraza səbəb olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukraynanın hökumət saytları güclü kiber hücumlara məruz qalıb. Belə ki, ilk hücum ölkənin Daxili İşlər Nazirliyinin saytına edilib.
Hakerlər DİN-in saytında mitinqlərin dağıdılmasına etirazlarını bildirib. Hakerlər Kiyevin Müstəqillik Meydanında polisin nümayişçilərə qarşı vəhşiliyinin yol verilməz olduğunu DİN-in saytının ana səhifəsinə yerləşdiriblər. Həmçinin, bu hücumların başlanğıc olduğunu deyiblər.
Qeyd edək ki, Ukrayna DİN-in saytı fasilələrlə işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB