İndoneziyanın qərb sahilində 5,8 bal gücündə zəlzələ baş verib.
SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Sumatra adasındakı Sibolqa şəhərindən 260 km məsafədə, yerin 5 km dərinliyində qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat verilmir.
Bu, gün ərzində ikinci zəlzələdir. İlk zəlzələ isə səhər saat 05:24-də 6,4 bal gücündə qeydə alınıb .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB