Çankaya Prezident İqamətgahına dövlət başçısı Abdullah Güllə görüşmək tələbiylə gələn şəxsin çantasından tapança, 8 ədəd güllə və narkotik maddə çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən şəxs çantasının yoxlanılmasından imtina edərək, onun şifrəli olduğunu, həmin şifrəni yalnız prezident Abdullah Gülün aça biləcəyini, bu səbəbdən də, onunla görüşmək istədiyini bildirib.
Lakin Mehmet Salehin çantası mühafizəçilərin tələbi ilə yoxlanılıb. O, sorğuya çəkildikdən dərhal sonra "Respublika başçısına qarşı silahlı hücuma təşəbbüs" maddəsinə ilə həbs edilib. Sorğu zamanı onun söylədikləri isə olduqca maraq doğurub: "Televiziyada yayımlanan "Ezel" seriyalında baş rolda gedən "Ramiz Dayı"dan çox təsirləndim. Onun etdiyi kimi, "şifrəli şəkildə" dövlət başçısı ilə görüşməyi qərara aldım. Yanımda gətirdiyim silah, prezidentin əmrində olduğumu, güllələr isə hədəfə aldığım insanları ifadə edir. Ankaraya gələrək prezident ilə görüşü özüm istədim, heç kəs bunun üçün məni məcbur etmədi. Eyni zamanda, heç bir terror törətmək planım yoxdur. Hörmətli prezidentimizin önünə bir tərəzi qoyaraq, tərəzinin bir gözünə silahımı qoyub bunun ağırlığında digər gözünə pul , güc və qüvvət qoymasını istəyəcəkdim".
Qeyd edək ki, sözügedən 33 yaşlı Mehmet Saleh evlidir və 2 uşaq atasıdır. Təhdid, cinsi təcavüz, yaralama və fırıldaqçılıq da daxil olmaqla 17 cinayətdə iştirak etmiş sözügedən şəxs narkotik alüdəçisi olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB