Kiyevdə etirazçı tələbələr Prezident Administrasiyasına yürüşə hazırlaşırlar
Kiyevin Müstəqillik meydanında Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanmasının dayandırılmasına etiraz edən tələbələr kolon şəklində Prezident Administrasiyasına tərəf yürüşə hazırlaşırlar.
Ukrayna KİV-nin verdiyi məlumata görə, bu barədə təşkilatçıların sosial şəbəkəsində deyilir.
Məlumata görə, 12 universiteti təmsil edən təqribən 15 min tələbə 20 dəqiqədən sonra assosiasiya haqqında sazişi imzalamaq tələbi ilə bağlı müraciəti Prezident Viktor Yanukoviçə təqdim etmək üçün meydandan Adminstrasiyaya tərəf yollanacaq.
Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar qəbul etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB