ABŞ Rusiyadan ŞÜBHƏLƏNİR
Barak Obama adminstrasiyası və ABŞ Konqresi Rusiyadan 1 iyun 1988-ci ildə əldə edilmiş razılaşmanı pozduğundan şübhələnir. SİA-nın məlumatına görə, bu barədə Amerikanın "Daily Beast" internet qəzeti yazıb. Qəzetin yazdığına görə, məhz həmin ildə ABŞ və SSRİ arasında orta və yaxın mənzilli raketlərin məhv olunması istiqamətində dövlətlərarası saziş imzalanıb.

"Amerikalı ekspertlər iddia edirlər ki, Rusiya mütəxəssisləri qitələrarası ballistik raketlərin yaradılması adı altında orta mənzilli raketlərin hazırlanmasını davam etdirirlər. Hansı ki, 25 il öncə bu raketlərin məhvi istiqamətində Ronald Reyqan və Mixail Qorbaçov arasında razılaşma əldə olunmuşdu" - deyə "Daily Beast" yazır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə