Amerika xüsusi xidmətləri tərəfindən Avropa dövlətlərinin yüksək vəzifəli siyasətçiləri, o cümlədən Almaniyanın federal kansleri Angela Merkel barəsində casusluq fəaliyyətinin ifşa edilməsi ilə bağlı silsilə qalmaqallar nəticəsində ABŞ Almaniya ilə dostluq münasibətlərinin bərpa edilməsinə yönəlmiş tədbirlər görməyə başlayıb.
dpa agentliyinin verdiyi məlumata görə, ABŞ senatorları və konqresmenlərdən ibarət nümayəndə heyəti bazar ertəsi, noyabrın 25-də Berlində xarici işlər naziri Gido Vestervelle, daxili işlər naziri Hans-Peter Fridrix və Bundestaqın bəzi deputatları ilə görüşlər keçirib. Almaniya hökumətinin başçısı isə amerikalılarla görüşməyə vaxt tapmayıb.
Almaniyalı siyasətçilər vurğulayıblar ki, yaranmış vəziyyəti nizamlamaq üçün Amerika tərəfi "xüsusi səy göstərməli" olacaqdır. Gido Vestervelle bildirib ki, o, ABŞ-dan "əvvəllər edilmiş bütün əməllərə aydınlıq gətirilməsini, habelə gələcək üçün dəqiq qaydalar müəyyən edilməsini" gözləyir. Bundestaqın deputatları Amerika nümayəndələrinə eyhamla başa salıblar ki, casuslarla bağlı qalmaqal hələ başa çatmamışdır və Almaniya tərəfi Birləşmiş Ştatlardan yeni izahatlar gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB