Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qərb ölkələri ilə İran arasında Cenevrədə imzalanmış sənədin və Tehrana qarşı embarqoların azaldılmasının Ankara üçün məmnunedici olduğunu söyləyib.
Onun sözlərinə görə, ötən illərdə Braziliya ilə birlikdə İrana qarşı sərt sanksiyalara etiraz edən Türkiyə üçün bu addımın atılması faydalı olacaq.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da Cenevrə sazişinin onun ölkəsinin iqtisadiyyatı üçün dopinq rolu oynayacağını deyib. Nazir bildirib ki, İrana qızıl və metal ixracatı xeyli artacaqdır. Embarqoların davam etdiyi müddətdə Ankara Tehrana olan enerji borcunu məhz qızılla ödəyirdi. Bundan başqa, hazırda İrandan 100-110 min barrel həcmində olan xam neft idxalı tezliklə 130-140 min barrelə çata bilər.
Rusiyadan sonra İranın Türkiyə üçün ikinci böyük enerji tədarükçüsü olduğunu da diqqətə çatdıran T.Yıldız əlavə edib ki, yaxın zamanda Tehrana qarşı embarqoların azaldılması neft və təbii qazın qiymətlərinə ciddi təsir etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB