İranın nüvə proqramı ilə bağlı razılaşmasından sonra neftin qiyməti aşağı düşüb

Londonda Brent markalı neftin qiyməti 2,29% ucuzlaşıb
İranın nüvə proqramı ilə bağlı razılaşmasından sonra neftin qiyməti aşağı düşüb
İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşma dünya neft bazarında qiymətlərin sürətlə aşağı düşməsinə səbəb olub. Londonda Brent markalı neftin qiyməti 2,29% ucuzlaşıb və bir bareli 108,57 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bazar günü Cenevrədə baş tutan İran və "altılıq" danışıqların növbəti raundunda əldə edilən razılaşma rəsmi Tehranı iqtisadi sanksiyaların bir qismindən azad edir. İran tərəfi də bəyan edir ki, görüş çərçivəsində 98% razılaşma əldə olunub. Bundan sonra dünyanın neft bazarında qiymətlər aşağı düşməyə başlayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com