Zəlzələ nəticəsində Çinin şimal-şərq hissəsində 260 min ailə zərər çəkib
SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Çinin Tsizilin əyalətində baş verən 5,0 maqnituda gücündəki zəlzələ nəticəsində 260 min ailə zərər çəkib.
Əyalət rəsmilərinin təxmini hesablamalarına görə, ümumi ziyan 2 mlyard yuan (328 milyon ABŞ dolları) dəyərində ölçülür.
Zərər çəkmiş rayonlara xilasedicilər göndərilsə də, soyuq hava və qar onların işlərinə əngəl törədir. Çin sinoptikləri isə hələ üç gün soyuq və şaxtalı havanın olacağını proqnozlaşdırıblar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB