Cənubi Koreya KXDR sərhədləri yaxınlığında hərbi təlim keçirəcək

Cənubi Koreya KXDR sərhədləri yaxınlığında hərbi təlim keçirəcək

SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Koreya Xalq Demokratik Respublikası sərhədləri yaxınlığında hərbi təlimlər keçirməyi planlaşdırıb. Təlimlər xüsusilə Sarı dəniz sərhədlərində baş tutacaq. Cənubi Koreyanın qərargah rəsiləri ştabından verilən məlumata görə, təlimlər Yonpxyondo adasında üç il öncə baş verən insidentlə bağlıdır. Belə ki, hərbi təlimlərin məqsədi yenidən potensial təhlükənin baş verməməsinə hesablanıb.

Cənubi Koreya ordusunun təlimlərində quru qoşunları, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri və dəniz piyadaları iştirak edəcək. Qərargah rəsiləri ştabından o da bildirilib ki, manevrlərdə KXDR-in mümkün hücumu nəticəsində dərhal müdaxilə və müdafiə sistemi yoxlanılacaq.

Xatırladaq ki, 23 noyabr 2010-cu ildə Yopxyondo adasının şimalında Cənubi Koreya sərhəd qüvvələrinə qarşı 170 dəfə atəş açılmışdı. İnsident nəticəsində ikisi dəniz piyadaçısı olmaqla dörd nəfər həlak olmuş, onlarla Cənubi Koreya əsgəri yaralanmışdı. Hadisədən sonra Sarı dənizdə yeni komandanlıq yaradılmış, atəş sistemləri möhkəmləndirilmiş və cavab atəşi üçün yeni planlar hazırlanmışdı. Eyni zamanda İsraildən peykdən görünməyən və 20 km uzaqlığı vura bilən"Spayk" raketləri, K-9 özüyeriyən hərbi maşınları, eləcə də, hücum helikopterləri alınaraq həmin əraziyə göndərilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə