Avropa İttifaqı: “Bizim qapılar hər zaman Ukrayna üçün açıqdır”

Avropa İttifaqı: “Bizim qapılar hər zaman Ukrayna üçün açıqdır”
İsveçin xarici işlər naziri Karl Bildt rəsmi Kiyevin Avropa İttifaqından imtinası ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Aİ-nin qapıları hər zaman Ukraynanın üzünə açıqdır. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, İsveç XİN-in rəhbəri "Avropa əməkdaşlığı" proqramının əsas ideyavericisidir və bir çox layihələr onun təklifləri əsasında hazırlanır.

Karl Bildt Brukinqs İnstitutundakı çıxışında bəyan edib ki, Avropa Ukraynanı tək qoymayacaq: "Bizim qapılar hər zaman Ukrayna üçün açıqdır. Lakin qərar yenə də onlarındır, həmin qapıdan daxil olsunlar, ya da olmasınlar".

Bildt eyni zamanda qeyd edib ki, hazırda Ukrayna nə Qərbə, nə də ki, Şərqə tərəf istiqamət alıb. Bu ölkənin aldığı istiqamət ağır iqtisadi vəziyyəti səbəbindən aşağıya doğrudur: "Bu o deməkdir ki, Rusiya yaxın zamanlarda Ukrayna iqtisadiyyatına mənsub istehsalat sahələrini alacaq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com