İndoneziya ilə Avstraliya arasındakı diplomatik qalmaqal böyüməkdədir

İndoneziya ilə Avstraliya arasındakı diplomatik qalmaqal böyüməkdədir

SİA İTAR TASS agentliyinə istinadən xəbər verir ki, İndoneziyanın xarici işlər naziri Marti Nataleqava Avstraliya ilə əlaqələrinə yenidən baxmaq qərarına gəlib. XİN rəsmisi bildirib ki, İndoneziya Avstraliya ilə münasibətlərində korrektələr edəcək və bu prosesin dayandırılması məhz Avstraliya tərəfinin mövqeyindən, həmçinin də verəcəyi cavabından asılıdır.

Biz bu münasibətlərin azaldılmasını davam etdirəcəyik. Prosesin nə zaman dayandırılacağı isə avstraliyalılardan asılıdır"-deyə İndioneziyanın xarici işlər naziri M.Nataleqava qeyd edib.

Qeyd edək ki, İndioneziya hökumətinin rəsmi Kanberranı ittiham etməsi arxasında mətbuatın 2009-cu ildə Avstraliya kəşfiyyat orqanlarının və casusların İndoneziya prezidentinin telefon danışıqlarını dinləməsi iddiası dayanıb.

Lakin İndoneziya tərəfinin bu qərarından sonra Avstraliyanın baş naziri Tonni Abbot rəsmi Cakartadan üzr istəməyəcəklərini bəyan edib.

"Bizim tərəfdən Avstraliyanın təhlükəsizliyi üçün telefon dinləmələri həyata keçirdiyinə görə heç kimdən üzr istənilməyəcək"-deyə baş nazir parlamentdəki çıxışında bildirib.

İndoneziya prezidentinin rəsmi nümayəndəsi Teuku Fayzasiya isə öz növbəsində bildirib ki, rəsmi Cakarta Avstraliyanın məsələyə daxili auditoriyaya ünvanlanmış və parlament səviyyəsində yanaşmasını gözləmir.

Qeyd edək ki, yaşanan dövlətlərarası qalmaqaldan sonra İndoneziya Avstraliyadakı səfirini geri çağırıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə