“Fukusima-1”-in operatoru enerji bloklarını demontaj etmək qərarı verib

“Fukusima-1”-in operatoru enerji bloklarını demontaj etmək qərarı verib
Yaponiyanın "Fukusima-1" Atom Elektrik Stansiyasının (AES) energetika operatoru "Tokio Elektrik Pauer" (TEPKO) stansiyanın zərər çəkmiş dörd enerji blokunu demontaj eymək qərarını verib. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, bundan əlavə daha iki blokun da fəaliyyətinin dayandırılması planlaşdırılır. Belə ki, AES-də radioaktiv su mənbəyinin axıntısı qeydə alınıb və nəticədə Yaponiyanın baş naziri Sindzo Abe TEPKO-ya qəza vəziyyətində olan enerji bloklarını bağlamaq, eləcə də onları demontaj etmək tələbi irəli sürüb.

TEPKO korporasiyasının prezidenti Naomi Xirose isə bir il ərzində baş nazirə stansiyaların bağlanacağını vəd edib.

Xatırladaq ki, "Fukusima-1" AES-in dörd energi bloku Yaponiyada baş verən güclü zəlzələ və sunami nəticəsində sıradan çıxaraq qəza vəziyyətinə düşüb. Eyni zamanda üç reaktorda nüvə yanacağı sızması baş verib. TEPKO-dan bildirilir ki, demontaj müddəti 40 il-də başa çatrırıla bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB